Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi
Bizi izləyin

İdman

Dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatına qatılan 32-ci ölkənin adı məlum olub.

Publika.az xəbər verir ki, bu qitələrarası plef-off turunun revanş matçında Yeni Zelandiya milli komandasını 2-0 hesabı ilə məğlub edən Peru millisidir.

Peru milli komandası Yeni Zelandiyanı qolsuz bərabərliklə keçən səfər matçından sonra paytaxt Limada yerləşən “Nacional” stadionunda qonaq edib.

Qarşılşamanın əvvəlindən sonuna qədər üstünlüyü qoruyan milli Ceferson Farfan və Kristian Ramosun qolları ilə tarixində 5-ci dəfə Dünya Çempionatına vəsiqə qazanıb.

Bu ölkə sonuncu dəfə 1982-ci ildə Dünya Çempionatında iştirak edib.

Dünya birinciliyinin iştirakçılarının tərkibi aşağıdakı kimidir:

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa.

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay.

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran.

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Mundialın qrup mərhələsinin püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm