“Beşiktaş”ın əfsanəsi “Qarabağ”a gəldi
Bizi izləyin

İdman

“Beşiktaş”ın əfsanəsi “Qarabağ”a gəldi

“Beşiktaş” klubunun baş məşqçisi, Türkiyə millisini dünya çempionatında 3-cü etmiş Şenol Günəş bu gün “Qarabağ”la “Çelsi” arasında keçiriləcək oyunu izləmək üçün Bakıya gəlib.

Publika.az xəbər verir ki, Ş.Günəşin Azərbaycana gəlməkdə məqsədi həm oyunu izləmək, həm də Bakı Olimpiya Stadionuna, dünən “Beşiktaş”ın ağ-qara rənglərini işıqlandırdığına görə təşəkkür etməkdir.

Qeyd edək ki, “Beşiktaş” ÇL-in qrup mərhələsinin 5-ci turunda “Porto” ilə heç-heçədən (1:1) sonra qrupdan lider olaraq çıxmağı təmin edib.

Ötən gün Bakı Olimpiya Stadionunda saat 19:00-dan 00:00-a qədər İstanbul klubunun ağ-qara rəngləri və “Come to Beşiktaş” yazısı işıqlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm