"Beşiktaş"ın baş məşqçisi Türkiyədə “Qarabağ”-“Çelsi” oyunundan danışdı
Bizi izləyin

İdman

"Beşiktaş"ın baş məşqçisi Türkiyədə “Qarabağ”-“Çelsi” oyunundan danışdı

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Çempionlar Liqasının 5-ci turunda keçirilən “Qarabağ” - “Çelsi” matçını stadiondan canlı izləmişdi.

Publika.az xəbər verir ki, əfsanəvi baş məşqçi Türkiyəyə qayıtdıqdan sonra matç haqqında təəssüratlarını bölüşüb:

""Qarabağ" irəliləməkdə olan bir futbol ölkəsi üçün heç də az sayılmayacaq uğurlara imza atıb. Çempionlar Liqası səbr istəyir. Biz də bu günlərə belə gəldik. Keçən il turun qapısından dönmüşdük. Bir türk kimi qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurlanırıq. Əlimizdən gəldiyi qədər yardıma hazırıq. Planlı çalışaraq daha yaxşı yerlərə çatacağımıza əminik".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm