Arda Turan transferində yeni iddia - Fransız klubu ona elçi düşdü
Bizi izləyin

İdman

Arda Turan transferində yeni iddia - Fransız klubu ona elçi düşdü

İspaniya mediası bu mövsüm “Barselona”da forma geyinməyən Arda Turanın transferinə dair yeni iddia irəli sürüb.

Publika.az xəbər verir ki, iddiaya görə Fransanın “Monako” komandası türkiyəli futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bu mövsüm həm Çempionlar, həm də Fransa Liqasında istədiyi nəticələri əldə edə bilməyən klub yanvar ayında yeni trensferləri ilə iddialı bir komanda qurmaq istəyir. Arda Turanın adını transfer siyahısına yazan klub onu satın almaq şərtilə kirayəyə götürmək niyyətindədir.

“Barselona” isə Arda Turanın yerinə Mesut Özili heyətə gətirəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm