Şəhriyar Məmmədyarov: "Arzum şahmat tacını Azərbaycana qaytarmaqdır" - - VİDEO
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarov: "Arzum şahmat tacını Azərbaycana qaytarmaqdır" - - VİDEO

FİDE reytinqində ilk dəfə 3-cü pilləyə yüksələn Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov geniş müsahibə verib.

Publika.az xəbər verir ki, 32 yaşlı qrossmeyster klassik şahmatda dünya çempionu olmaq arzusunu dilə gətirib.

O, keçirdiyi görüşlərdə riskə daha çox yol verdiyini bildirib: "Dünya şahmat elitasında bəlkə də yeganə qrossmeysterəm ki, özümdən zəiflərə dəfələrlə uduzmuşam. Amma özüm səviyyəmdə və daha reytinqli şahmatçılara daha çox qalib gəlirəm. Turnirlərdə çıxış etdikdə, heç-heçələrim az olur. Hamı mənə deyir ki, səndən çox risk edən şahmatçı yoxdur. Əlbəttə, yoxdur. Mən heç-heçə ilə barışan şahmatçı deyiləm. Elə bilirəm ki, uduzmuşam. Həyatda hər şeyi bölərəm, amma idman növlərində nəyisə bölməyi bacarmaram. Bəzən mənə deyirlər ki, riski azaltsan, dünya çempionu olarsan".

Məmmədyarov indiyədək yeniyetmə və gənclər arasında, blits üzrə, komandalar arasında şəxsi lövhəsində dünya çempionu olduğunu xatırladıb. O, şahmat tacını Azərbaycana qaytarmağı arzuladığını açıqlayıb: "Bunun üçün yeganə çatışmazlıq riskin azaldılmamasıdır".

Sportnet.az məşhur şahmatçının öz əmisi qızı Günel Məmmədyarlıya və İslam Qədirliyə verdiyi video-müsahibəni təqdim edir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm