Türkiyə çempionu iki qapıçını gözüyaşlı qoydu
Bizi izləyin

İdman

Türkiyə çempionu iki qapıçını gözüyaşlı qoydu

Türkiyə Superliqasının son iki çempionu olan “Beşiktaş” komandası liqanın 14-cü həftəsində “Qalatasaray”la oyun keçirib.

Publika.az xəbər verir ki, qara qartallar derbidə 3 qol və saysız qol vəziyyətləri ilə qonağı çətin vəziyyətə salıblar.

Mövsümü liderlik kürsüsündə davam etdirən qalatasaraylı furbolçular isə çətin vəziyyət qarşısında şoka düşüblər. Komandanın təcrübəli qapıçısı Fernando Muslera matçdan sonra hislərinə hakim ola bilməyib və soyunma otağında göz yaşlarına qərq olub.

Qapıçı matçın 46-cı dəqiqəsində güclü zərbənin qarşısını almaq istəyərkən səhvə yol verib və “Beşiktaş”ın forvardı Cenk Tosuna rahat qol vəziyyəti yaradıb. Bu səhvi özünə bağışlamağa macal tapmamış qoruduğu qapıda daha iki qol görüb. Komanda yoldaşları onu təsəlli etməyə çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.

Qeyd edək ki, ötən günlərdə Türkiyə Ziraat Kuboku çərçivəsində “Manisaspor” komandasını qonaq edən “Beşiktaş” bu matçda 9 qol atmış, darmadağına dözə bilməyən qapıçı Emrullah Şalk da meydançanı tərk edərkən göz yaşlarını saxlaya bilməmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm