Millimiz Rusiyaya uduzdu
Bizi izləyin

İdman

Millimiz Rusiyaya uduzdu

İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.

Publika.az xəbər verir ki, yığmamız Rusiya futzalçıları ilə qarşılaşıb. Oyun rusların 4:3 hesablı qələbəsi ilə nəticələnib.

Xatırladaq ki, millimiz turnirdəki ilk oyununda İranla 3:3 hesablı heç-heçə etmişdi.

Yığmamız turnirdəki növbəti matçını dekabrın 6-da, Qazaxıstan millisinə qarşı keçirəcək.

"4 Top Nations" turniri

4 dekabr

Rusiya - Azərbaycan 4:3

Qol: İvan Molivanov, 15:23; Dmitri Lıskov, 16:04, 30:27, Artyom Niyazov, 34:21 - Everton Kardoso, 22:40; Rafael Karvalyo, 27:30, Uilyams Oliveyra, 39:10.

Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tiaqo Martins, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos

Ehtiyat heyət: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra, 13. Everton Kardoso, 15. Seymur Məmmədov, 18. Rafael Karvalyo

Baş məşqçi: Alesio da Silva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm