"Qarabağ"ın Çempionlar Liqası nağılı bitdi - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ"ın Çempionlar Liqası nağılı bitdi - (YENİLƏNDİ)

Bu gün Çempionlar Liqasında VI tura start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Roma” ilə görüşüb. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olub. Təəssüf ki, komandamız turniri məğlubiyyətlə başa vurub. Romada meydan sahiblərinə layiqli müqavimət göstərən Ağdam klubu minimal hesabla məğlub olub.

Qrup mərhələsində 6 oyun keçirən "Qarabağ" ÇL-də debüt mövsümündə 2 xal toplamaqla tarixi uğura imza atır.

Çempionlar Liqası. 6-cı tur

C qrupu

5 dekabr

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0

Qol: Perotti, 53.

Baş hakim: Tobias Stieler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

“Roma”: 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

1

Çelsi

5

3

1

1

15-7

10

2

Roma

5

2

2

1

8-6

8

3

Atletiko

5

1

3

1

4-3

6

4

Qarabağ

5

0

2

3

2-13

2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm