Bir gülləyə iki "dovşan": “Real”dan “Leypsiq”-“Beşiktaş” matçında transfer sürprizi
Bizi izləyin

İdman

Bir gülləyə iki "dovşan": “Real”dan “Leypsiq”-“Beşiktaş” matçında transfer sürprizi

İspaniyanın nəhəng futbol klubu “Real Madrid” türkiyəli ulduz futbolçu Cenk Tosunun izinə düşüb.

Publika.az xəbər verir ki, klubun skaut heyəti bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən “Leypsiq” – “Beşiktaş” matçında C.Tosunu izləmək üçün iştirak edəcək.

Bu barədə İspaniyanın “Radio Marca” media orqanı məlumat yayıb. Skaut heyəti “Beşiktaş”ın məhsuldar futbolçusu ilə yanaşı, “Leypsiq” komandasının gənc üzvü Timo Verneri də diqqətə alacaq.

Xəbəri komanda yoldaşı Alvaro Neqredodan öyrənən Cenk Tosun həyəcan keçirib və baş məşqçisindən onu oynatması üçün rica edib.

Qeud edək ki, “Real”ın transfer hədəfində bu iki futbolçu ilə yanaşı, Fedor Smolov, “Arsenal”dan ayrılması gözlənilən Aleksis Sançez və “İnter”in forvardı Maur İkardi var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm