Milli komandadan uzaqlaşdırılan qadın futbolçu prezidentliyə namizəd oldu
Bizi izləyin

İdman

Milli komandadan uzaqlaşdırılan qadın futbolçu prezidentliyə namizəd oldu

ABŞ-da qadın futbolunun kişilərdən daha populyar və uğurludur. Lakin buna baxmayaraq, ABŞ 1986-cı ildən bəri ilk dəfə FİFA Dünya Çempionatında iştirak etməyəcək. Belə çətin bir vəziyyətdə ABŞ Milli Futbol Komandasının keçmiş qapıçısı Hop Solo Futbol Federeasiyanın prezidenti kürsüsünə namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, keçmiş qapıçı ayrı-seçkilik və laqeydlik üzərinə qurulmuş futbol infrastrukturunun sistemini dəyişdirəcəyi vəd edib.

36 yaşlı futbolçu namizədliyini feysbuk səhifəsindən elan edib. O, professional kariyerasına başlayana qədər ailəsini maliyyə baxımından təmin etməyə məcbur qaldığını deyib:

“ABŞ futbolundakı sistematik problem gənclərin səviyyəsində başlayır. Bu ölkədə futbol bütün zamanlar üçün orta səviyyəli idman növü olub. Ölkədəki ən yaxşı klublar gənc oyunçulardan illik 3-5 min dollar pul tələb edir. Gənclər isə buna maddi imkanı çatmadığı üçün xəyallarından vaz keçməli olurlar”.

H.Solo futbolda qadın-kişi bərabərliyini təmin edəcəyini də söz verib.

Qeyd edək ki, Hop Solo 17 illik kariyerası ərzində 202 dəfə ABŞ milli formasını geyinib. 2008 Pekin və 2012 London olimpiyalarında qızıl medal, 2015 Dünya Çempionatının kubokunu qazanıb.

Bu uğurlarla yanaşı, onun adı bəzi qalmaqallarda da çəkilib. 2015-ci ildə həyat yoldaşı ilə birlikdə həbs edildikdən sonra 1 ay milli komandadan kənarlaşdırılıb. 2016-cı ildə ABŞ-ın Rio Olimpiadasının yarı finalında ələnməsindən sonra İsveç təmsilçilərinə qorxaq dediyi üçün yenidən 6 ay milli komandadan uzaqlaşdırılıb. Daha sonra milli komanda Hop Solo ilə müqaviləni ləğv edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm