"Real" dünya çempionatının finalında
Bizi izləyin

İdman

"Real" dünya çempionatının finalında

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, "Real" yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzira" klubunu 2:1 hesabı ilə məğlub edərək finala çıxıb.

Madridlilərin heyətində Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).

Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm