“Beşiktaş”lılar UEFA-ya etiraz etdi - "Bavariya"...
Bizi izləyin

İdman

“Beşiktaş”lılar UEFA-ya etiraz etdi - "Bavariya"...

Türkiyə Çempionlar Liqasında uğurla təmsil edən “Beşiktaş”ın azarkeşləri kluba rəsmi müraciət göndəriblər.

Publika.az xəbər verir ki, UEFA-nın matçlardan kənarlaşdırdığı azarkeşlər bu qərara etiraz edib və tribunada dava çıxmaması üçün əllərindən gələni etməyə söz veriblər.

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” - “Beşiktaş” matçında almanlar qonaq komandaya 3700 bilet ayırıb. Lakin “Beşiktaş”ın idarə heyəti UEFA-nın tətbiq etdiyi və hələ ki, təxirə saldığı 1 illik Avropadan kənarlaşdırılmaq cəzasını çəkməmək üçün matça azarkeşlərin getməsini qadağan edib. Buna səbəb isə keçən mövsüm “Lion” - “Beşiktaş” matçında tribunada yaranan çaxnaşma və oyunun bir müddət dayanması olub.

Azarkeşlər də bu qadağanın aradan qaldırılması üçün klubun prezidenti Fikrət Ormanla görüşmək üçün müraciət ediblər.

Qeyd edək ki, “Beşiktaş” azarkeşləri dünyanın ən səs-küylü və dinamik atmosfer yaradan fanatları kimi tanınır. Dünyanın nəhəng klublarından olan “Bavariya”nın rəqibindən tək qorxusu isə məhz onun azarkeşləridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm