Türk futbolçu Almaniyada MANŞET oldu – Qadın hakimlə…
Bizi izləyin

İdman

Türk futbolçu Almaniyada MANŞET oldu – Qadın hakimlə…

Almaniya Bundesliqa komandalarından olan “Hoffenheym”də forma geyinən türk futbolçu Kərəm Dəmirbay ölkədə gülüş hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, “Ştutqart” ilə keçirilən matçda qadın hakimin verdiyi ofsayd qərarına etiraz edən futbolçunun hərəkəti azarkeşlərin gülüşünə səbəb olub.

Almaniya mediası isə türk futbolçunun ofsayd qaydasını bilmədiyini manşetlərə daşıyıb. Digər tərəfdən başqa bir qadın hakim ilə Kərəm arasında keçmişdə yaşanan bir hadisə də yenidən gündəmə gəlib.

Kərəm Dəmirbay iki il öncə “Fortuna Düsseldorf” forması geyinərkən “Frankfurt”la keçirilən matçında ona qırmızı kart verən hakimi tənqid etmişdi. O, hakim Steynhausa “kişi futbolunda qadınların işi olmadığını düşünürəm” demiş və bu sözlərinə görə 5 matçlıq cəza almışdı. Dediklərindən peşman olan futbolçu sosial media hesabı vasitəsilə hakimdən üzr istəmiş və qadınlar arasında keçirilən futbol matçında bir dəfə hakimlik etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm