“Qəbələ” “Liverpul”la “sülh” bağladı
Bizi izləyin

İdman

“Qəbələ” “Liverpul”la “sülh” bağladı

“Qəbələ” “Liverpul”la “sülh” bağladı

15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında təşkil olunan sayca 3-cü "Qəbələ Kuboku" turniri davam edir.

Publika.az xəbər verir ki, turnirdə 8 komanda iştirak edir. A qrupunda turnirin təşkilatçısı "Qəbələ" ilə yanaşı Türkiyənin "Fənərbağça", İtaliyanın "Udineze" və İngiltərənin "Liverpul" klubları mübarizə aparır. B qrupunda isə Azərbaycanın digər təmsilçisi "Neftçi" Avstriya "Rapid"i, Belçika "Anderlext"i və Rusiya "Lokomotiv"i ilə qarşılaşır.

İkinci oyun günündə qrup mərhələsinə yekun vurulacaq. Artıq günün ilk qarşılaşmaları başa çatıb. "Qəbələ" "Liverpul"la “sülh” bağlayıb- 2:2. “Rapid” isə “Lokomotiv”ə qalib gəlib – 3:0.

30 may

A qrupu

Qəbələ - Liverpul - 2:2

11:30. Fənərbağça - Udineze

B qrupu

Rapid - Lokomotiv - 3:0

11:30. Neftçi - Anderlext

Oxumağa davam et
Reklam
Reklam

Gündəm