“Qalatasaray”da ZƏLZƏLƏ - Bu futbolçular “QARA SİYAHI”ya düşdü
Bizi izləyin

İdman

“Qalatasaray”da ZƏLZƏLƏ - Bu futbolçular “QARA SİYAHI”ya düşdü

“Qalatasaray”da baş məşqçi İqor Tudorun istefaya göndərilməsinin ardından ayrılmaq sırası bəzi futbolçulara çatıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik aralarında əsas heyətin üzvləri də olmaqla bir sıra futbolçularla yolları ayırmağı düşünür. Oyun səviyyəsi qane etməyən və əsas heyətə düşə bilməyən bir neçə futbolçunun qış transfer pəncərəsi açılan kimi komandadan göndəriləcəyi bildirilir. Bunlar Ceyson Denayer, Tarık Çamdal, Koray Günter, Ryan Donk və Başsandır.

Bundan başqa, son vaxtlar buraxdığı qollarla diqqət mərkəzinə düşən Musleraya ikinci dövrədə toparlanması üçün xəbərdarlıq olunacaq. Yüksək məbləğə alınan Belhandanın oyun səviyyəsi də rəhbərliyi qane etmir. Ancaq onun taleyinə mövsümün sonunda aydınlıq gələcək.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm