"Arsenal"dan MÖHTƏŞƏM GERİDÖNÜŞ - 5 dəqiqəyə 3 qol vurdu və... - - VİDEO
Bizi izləyin

İdman

"Arsenal"dan MÖHTƏŞƏM GERİDÖNÜŞ - 5 dəqiqəyə 3 qol vurdu və... - - VİDEO

"Arsenal" və "Liverpul" futbol üzrə İngiltərə çempionatının 19-cu turunda heç-heçə edib.

“Report” xəbər verir ki, Londonun "Emireyts - Eşberton Qrouv" stadionunda keçirilən matç 3:3 hesabı ilə yekunlaşıb.

"Mersisaydlılar" son dörd tur ərzində üçüncü dəfə meydanı bərabərliklə tərk ediblər.

Matçın yarım saatı tamam olmamış Filippe Koutinyo hesabı açıb. 52-ci dəqiqədə Məhəmməd Salah fərqi iki topa çatdırıb. 2:0 hesabı ilə məğlub duruma düşən ev sahibləri 53 və 58-ci dəqiqələr aralığında üç qol vurublar: Aleksis Sançes, Qranit Caka və Məsut Özil fərqləniblər. İkinci hissənin ortalarında Roberto Firmino hesabı bərabərləşdirib.

"Liverpul" 35 xal ilə turnir cədvəlində 4-cü yeri tutur, "Arsenal" isə (34 xal) beşincidir.

İngiltərə - Premyer Liqası. 19-cu tur

"Arsenal" – "Liverpul" - 3:3

0:1 – Koutinyo – 26, 0:2 – Salah – 52, 1:2 – Sançes – 53, 2:2 – Caka – 56, 3:2 – Özil – 58, 3:3 – Firmino – 71

Oxumağa davam et
Reklam
Reklam

Gündəm