Fransada ilin ən yaxşı futbolçusu seçildi
Bizi izləyin

İdman

Fransada ilin ən yaxşı futbolçusu seçildi

Fransada “ilin ən yaxşı futbolçusu” nominasiyasının qalibi elan olunub.

Publika.az xəbər verir ki, "France Football" qəzetinin təşkil etdiyi səsvermədə "Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante qalib olub. O, səsvermədə 90 xal toplayıb.

Siyahıda Kantedən sonra ikinci və üçüncü yerlərdə müvafiq olaraq Kilian Mbappe (“PSJ”) və Kərim Benzema ("Real") qərarlaşıb.

KİV-ə çox az hallarda açıqlama verən N'Qolo Kante birinci olması münasibətilə “France Football”a açıqlama verib. O, müsahibədə özünü utancaq, lakin geriçəkilməyən xarakterdə göstərib. Onun uzaqgörənliyi və yüksək intellekt səviyyəsi xüsusi diqqət çəkib. Kante müsahibəsində bildirib ki, onun karyera qurmaq planı yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm