Aquero Argentinaya qayıtmaq istəyir
Bizi izləyin

İdman

Aquero Argentinaya qayıtmaq istəyir

"Mançester Siti"nin hücumçusu Serxio Aquero 2018-ci il dünya çempionatından sonra Argentinaya qayıtmaq istəyir.

Publika.az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard karyerasını ilk peşəkar klubu "İndependiente"də bitirməyi planlaşdırır. Aqueronun "Siti" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. Ulduz futbolçu bu səbəbdən "şəhərlilər"lə yeni müqavilə imzalamaq istəmir. İngiltərə mediası Aqueronun baş məşqçisi Xosep Qvardiolanın münasibətindən məmnun olmadığını da yazır. "Mançester Siti" 2018-ci ilin yayında Aleksis Sançezi də transfer edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm