Fatih Terim “Qalatasaray” əfsanələrini bir araya toplayır
Bizi izləyin

İdman

Fatih Terim “Qalatasaray” əfsanələrini bir araya toplayır

“Qalatasaray” klubunun əfsanəvi qapıçısı Klaudio Taffarel komandasına geri qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə futbolçu özü şəxsi instaqram hesabında yazıb:

“Həm futbolçu kimi, həm də texniki işçi olaraq çalışdığım və böyük xoşbəxtliklər yaşadığım klubuma geri qayıdıram. Mənə bir daha bu fürsəti verən idarə heyətinə, özəlliklə, Fatih Terimə təşəkkür edirəm”.

Qeyd edək ki, 1998-2001-ci illərdə “sarı-qırmızılıların”ın şərəfini qoruyan Taffarel İstanbul klubunda ikən UEFA kubokunun və UEFA superkubokunun sevincini yaşayıb. O, 2011-2016-cı illərdə “Qalatasaray”da məşqçi kimi fəaliyyət göstərib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm