Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqlədi
Bizi izləyin

İdman

Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqlədi

"Mundo Deportivo" nəşri Messinin "Barselona" ilə 2021-ci ilə qədər yenilədiyi müqaviləsinə xüsusi bənd daxil etdiyini yazmışdı. Bu bəndə əsasən Kataloniya müstəqillik qazanacağı təqdirdə "Barselona" Avropanın "böyük beşlik" liqalarından heç birinə qəbul edilməsə, argentinalı ulduz klubu azad agent kimi tərk edəcək.

Publika.az goal.az-a istinadən xəbər verir ki, onun atası Jorj Messi müqavilədə analoji şərtin olduğunu təsdiqləyb.

"Bəzi deyilənlər həqiqəti əks etdirmir. Razılıq var ki, Lionel "Barcelona"nın yüksək dəstədə oynadığı müddətdə burda qala bilər. Kataloniya müstəqillik qazansa, Messi bir şərtlə klubda qalacaq. Gərək "Barca" rəqabətədavamlı çempionatda oynasın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm