"Qarabağ" onu da göndərir
Bizi izləyin

İdman

"Qarabağ" onu da göndərir

“Qarabağ”ın isveçli legioneri Tarik Elyunussinin komandadan ayrılacağı iddia edilir.

Publika.az xəbər verir ki, “Qarabağ”ın ötən mövsüm "Olimpiakos"dan kirayələdiyi oyunçu komandadakı yerindən narazıdır. O, bildirib ki, pula görə ehtiyat heyətdə oturmaq istəmir.

İsveç mətbuatının verdiyi məlumata görə, AİK 29 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək niyyətindədir. Artıq futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos"la danışıqlar aparıldığı da bildirilir.

İsveç milli komandasında da forma geyən Tarik Elyunussi "Qarabağ"da cəmi 8 oyunda meydana çıxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm