"Barselona" ŞOU GÖSTƏRDİ - - VİDEO
Bizi izləyin

İdman

"Barselona" ŞOU GÖSTƏRDİ - - VİDEO

Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Madrid “Atletiko”su səfərdə 4 cavabsız qol vurduğu aşağı liqa təmsilçisi “Leyda”ya doğma meydanda da böyük hesabla qalib.

“Valensiya” isə səfərdə müqavimətini qıra bilmədiyi “Las Palmas”a divan tutub.

İkinci oyun günündə "Alaves" ilk oyunda yendiyi "Formentera"ya doğma meydanda da qalib gələrək, mərhələ adlayıb. "Vilyarreal" isə "Leqanes"ə qalib gəlsə də, mübarizəni dayandırmalı olub. Madrid "Real"ı da "Numansiya" ilə heç-heçəyə razılaşıb. Lakin ilk oyundakı qələbə "Kral klubu"nu 1/4 finala daşıyıb.

Son gündə üç görüş baş tutub. Öncə "Espanyol" səfərdə "Levante"yə, "Sevilya" isə doğma meydanda "Kadis"ə qalib gələrək, mərhələ adlayıb. Son oyunda isə "Barselona" səfərdə heç-heçəyə razılaşdığı "Selta" ilə qarşılaşıb. Beş cavabsız qolla qalib gələn Kataloniya təmsilçisi 1/4 finala yüksəlib.

İspaniya Kuboku

1/8 finalın cavab oyunları

9 yanvar

Atletiko - Leyda 3:0 (ilk oyun 4:0)

Valensiya - Las Palmas 4:0 (1:1)

10 yanvar

Alaves - Formentera 2:0 (3:1)

Vilyarreal - Leqanes 2:1 (0:1)

Real - Numansiya 2:2 (3:0)

11 yanvar

Levante - Espanyol 0:2 (2:1)

Sevilya - Kadis 2:1 (2:0)

Barselona - Selta 5:0 (1:1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm