Mədətov və Şeydayev yeni komandada
Bizi izləyin

İdman

Mədətov və Şeydayev yeni komandada

Antalyada qış təlim-məşq toplanışında olan futbol üzrə milli komandanın heyətinə gənc futbolçular cəlb edilib.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda “Qarabağ”ın gənc futbolçuları Mahir Mədətov və Ramil Şeydayev, “Qəbələ”nin üzvü Qismət Alıyev, həmçinin, U-19 yığmasının yarımmüdafiəçisi Murad Xaçayevin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə qoşulduğu qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm