Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək - MOK ELAN ETDİ
Bizi izləyin

İdman

Şimali Koreyalılar Cənubi Koreyaya gedəcək - MOK ELAN ETDİ

Şimali Koreya idmançıları Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəklər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

“Mən xoşbəxtəm ki, Koreya Xalq Demokratik Respublikasından olan idmançıların 2018-ci ildə Qış Olimpiya Oyunlarında iştirak edəcəklərini elan edirəm. Bu gün xüsusi qərarı qəbul etdik və Şimali Koreyaya 22 idmançıdan ibarət kvota ayrıldı. Onları 24 məşqçi və rəsmi şəxsi müşayiət edəcək", - deyə o bildirib.

Nümayəndə heyətinə həmçinin, 21 KİV nümayəndəsi daxil ediləcək.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının idmançıları Cənubi Koreya olimpiyaçıları ilə vahid bayrağın altında çıxış edəcəklər. Qış Olimpiya oyunları fevralın 9-dan 25-dək keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm