İdman
Şəhriyar Məmmədyarov: "Liderlər arasında olmaq çox maraqlıdır"
"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".
Publika.az xəbər verir ki, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".
Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK