"Real"dan FANTASTİK QƏLƏBƏ - 7:1 - - VİDEO
Bizi izləyin

İdman

"Real"dan FANTASTİK QƏLƏBƏ - 7:1 - - VİDEO

İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, doğma meydanda "Deportivo"nu qəbul edən "Real" 3 oyunluq qələbəsiz seriyaya son qoyub. Madridlilər bütün hirsini "Deportivo"nun üstünə töküb. Qonaqlar 1:7 hesablı acı məğlubiyyətə uğrayıb.

Meydan sahiblərinin heyətində Beyl, Ronaldo və Naço dubl edib. Daha bir qolu Modriç vurub.

Bu, "Real"ın 2018-ci ildə La Liqada ilk qələbəsidir. 35 xal toplayan Zinəddin Zidanın komandası turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm