"Qarabağ" bir gündə iki oyun keçirəcək
Bizi izləyin

İdman

"Qarabağ" bir gündə iki oyun keçirəcək

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.

Publika.az
xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşacaq.

Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” ilk yoldaşlıq matçında "Kuban"la, digər görüşdə "Lexiya"ilə heç-heçəyə razılaşmışdı. Təmsilçimiz yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm