"Qarabağ" üçün uğursuz gün: 1 heç-heçə, 1 məğlubiyyət
Bizi izləyin

İdman

"Qarabağ" üçün uğursuz gün: 1 heç-heçə, 1 məğlubiyyət

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyununda qüvvəsini sınayıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk oyunda Makedoniyanın “Şkupi” komandası ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Ağdam təmsilçisi bu oyundan sonra - saat 18:30-da isə Ukraynanın “Mariupol” klubuyla qarşılaşıb. Beş qolun qeydə alındığı matçda təmsilçimiz ilk məğlubiyyətini alıb. Rəqib qapısından ilk topu Miçel keçiribsə, digəri avtoqol sayəsində gerçəkləşib.

Xatırladaq ki, “Qarabağ” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 2 oyun keçirib. “Köhlən atlar” Türkiyədəki ilk oyununda Rusiya “Kuban”ıyla (2:2), daha sonra Polşanın “Lexiya” klubu ilə (1:1) “sülh bağlayıb”.

Yoxlama oyunları

25 yanvar

16:00 Qarabağ (Azərbaycan) - Şkupi (Makedoniya) 0:0

Qarabağ: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev.

18:30 Qarabağ (Azərbaycan) - Mariupol (Ukrayna) 2:3

Qarabağ: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Əfran İsmayılov.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm