Tramp "Arsenal"ın baş məşqçisi olacaq? - TƏKLİF
Bizi izləyin

İdman

Tramp "Arsenal"ın baş məşqçisi olacaq? - TƏKLİF

Londonun "Arsenal" klubunun azarkeşi olan britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan ABŞ prezidenti Donald Trampa komandanın onun adına olan 45 nömrəli formasını hədiyyə verib və Amerika liderinə London komandasının baş məşqçisi olmağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə Morqan öz "Tvitter" səhifəsində yazıb.

"Prezidenti "Arsenal"ın baş məşqçisi postuna ona görə dəvət etdim ki, o, möhkəm müdafiə divarı qurur, hücum fəlsəfəsi var və nəyin bahasına olur-olsun, böyük mükafatlar qazanmaq istəyir", - deyə jurnalistin məlumatında bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm