Türkiyənin 3 nəhəngindən SÜRPRİZ TRANSFERLƏR
Bizi izləyin

İdman

Türkiyənin 3 nəhəngindən SÜRPRİZ TRANSFERLƏR

Türkiyə mediası bu gün 3 nəhəng klubun transferi ilə gündəm yaradıb.

Publika.az xəbər verir ki, son iki mövsümün çempionu olan “Beşiktaş” “Alanyaspor”da forma geyinən Vaqner Lavı (Vaqner Silva Der Souza "Love") transfer etmək istədiyini rəsmən açıqlayıb. Hər iki tərəfin razılığı əsasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir. Məlumat üçün qeyd edək ki, Vaqner Lav karyerası ərzində 446 matça çıxıb, 229 qol vurub və 82 məhsuldar ötürmə edib.

Daha bir Türkiyə nəhəngi “Fənərbaxça” isə Nigeriya milli komandasının kapitanı Con Obi Mikelə göz dikib. Hazırda Çində forma geyinən futbolçu bu təklifə isti yanaşır. 11 il “Çelsi”də forma geyindikdən sonra əfsanələşən futbolçu Çinin “Teda” klubunda bu mövsüm 13 matçda 1 qol vurub, 1 də məhsuldar ötürmə edib. O, “Fənərbaxça”nın təklifi ilə Avropaya geri qaytımaq niyyətindədir.

Картинки по запросу John Obi Mikel

“Qalatasaray” baş məşqçi dəyişikliyi ilə yeni eraya qədəm qoyub. Fatih Terimin klubu “Stok Siti”nin elçi düşdüyü seneqallı futbolçusu Badou Ndiayeni göndərərək maddi sıxıntılarını bir qədər də olsa, nizama salmağa çalışır. Türkiyə klubu bu transfer qarşılığında 17 milyon avro qazanacaq. Transferin sabah rəsmi şəkildə açıqlanması gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm