Frenk Lempard getdi
Bizi izləyin

İdman

Frenk Lempard getdi

Frenk Lempard getdi

Frenk Lempard “Çelsi” ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib.

Publika.az xəbər verir ki, iyunda London klubu ilə müqaviləsi başa çatan futbolçu “Çelsi”ni tərk etmək qərarına gəlib.

Veteran futbolçu MLS liqasında çıxış edən “Nyu-York Siti” ilə anlaşıb.

Lempard “Çelsi”dən getməsinə belə münasibət bildirib: “Gələcək taleyimin necə olacağından aslı olmayaraq, mən həmişə sizin aranızda olacam. “Çelsi” mənim ürəyimdə qalacaq. Düşünürəm ki, yaxın zamanlarda azarkeşlərimizi görə, onlarla layiqli şəkildə vidalaşa biləcəm. Mənə yaşatdıqlarınıza görə təşəkkür edirəm, tarix yazmaqda davam edin”.

“Çelsi”də 13 mövsüm keçirən Lempard, 648 matçda meydana çıxıb, 211 qol vurub. Bu göstərici ilə o, klub tarixinin ən yaxşı bombardiridi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm