İbrahimoviç ABŞ yolunda
Bizi izləyin

İdman

İbrahimoviç ABŞ yolunda

“Mançester Yunayted”in isveçli ulduzu Zlatan İbrahimoviç ABŞ-ın MLS liqası komandalarından olan “Los Anceles Qalaksi” komandasına transfer ediləcək.

Publika.az xəbər verir ki, bu barədə ESPN nəşrində iddia yayımlanıb. İddiaya görə, İbrahimoviç də bu transferə müsbət baxır. O, ABŞ komandasına transfer edilərsə, 8 milyon dollar maaş alacaq və MLS-də çıxış edən futbolçular arasında ən çox qazanan oyunçu olacaq.

Bu mövsüm ağır zədə səbəbindən uzun müddət yaşıl meydançadan uzaq qalan 36 yaşlı futbolçu “Mançester Yunayted” forması ilə 5 matça çıxıb, 1 qola imza atıb.

Qeyd edək ki, isveçli futbolçunun ingilis klubu ilə müqaviləsi bu ilin yayında başa çatır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm