"Qarabağ"ın futbolçusu rəsmən İsveç klubunda - - FOTO
Bizi izləyin

İdman

"Qarabağ"ın futbolçusu rəsmən İsveç klubunda - - FOTO

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, Tarık Elyunussi İsveçin AİK klubu ilə anlaşıb. Bu barədə "sarı-qaralar"ın rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti 2019-cu ilin dekabrın 31-ə qədərdir.

Bu keçidə görə AİK onun müqavilə məxsus olduğu "Olimpiakos"a heç bir məbləğ ödəməyəcək. Buna səbəb Tarıkın Yunanıstan klubundan azad agent statusu ilə ayrılmasıdır.

Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsinin son günlərində məhz Yunanıstan çempionundan icarə əsasında "Qarabağ"a keçmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm