“Arsenal”la heç-heçə edən klub Çexiyaya qarşı
Bizi izləyin

İdman

“Arsenal”la heç-heçə edən klub Çexiyaya qarşı

Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Publika.az xəbər verir ki, təmsilçimiz Çexiyanın "Bohemians” komandası ilə qarşılacaq.

Matç “Gloria Sports Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl 4 yoxlama oyunu keçirib. Türkiyənin “Akhisar Bələdiyyəspor” və Rusiya "Arsenal"ı ilə heç-heçəyə razılaşan “Qəbələ” İsveçrənin “Sürix”inə uduzub, Makedoniyanın “Rabotniçki”nə isə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm