Millimizin üzvü “Bursaspor”a keçə bilər
Bizi izləyin

İdman

Millimizin üzvü “Bursaspor”a keçə bilər

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda bu gün Türkiyənin Superliqa klubu “Bursaspor”a rəsmi keçid edə bilər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qış transfer pəncərəsinin son günündə danışıqları sürətləndirən “Bursaspor” rəhbərliyi “Qarabağ”la razılığa gəlib. Millimizin üzvünün bu gün Bursaya yollanaraq, müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Almeydanın "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm