İdman
"Kəpəz"də iki yeni legioner
“Kəpəz” klubu qış transfer dövründə daha iki futbolçu ilə müqavilə bağlayıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə münasibətləri rəsmiləşdirib.
Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy azad agent kimi “Kəpəz”ə keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.
Qeyd edək ki, “Kəpəz” qış fasiləsində Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Tural Nərimanov ("Şüvəlan") və Dieqo Souzanı heyətinə qatıb.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...