Buffon "Yuventus"un heyətində 500-cü oyununu keçirdi
Bizi izləyin

İdman

Buffon "Yuventus"un heyətində 500-cü oyununu keçirdi

Futbol üzrə İtaliya çempionatının 24-cü turunun "Fiorentina"ya qarşı keçirilən oyunu "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

“Report” xəbər verir ki, bu, qapıçının Turin klubunun heyətində A Seriyasında 500-cu oyunu olub.

Matç 2:0 hesabı ilə başa çatıb.

Buffon "Yuventus"a 2001-ci ildə "Parma"dan transfer olunub. O, Turin komandasının heyətində ümumilikdə 640 matç keçirib ki, onun da 500-ü ölkə çempionatına təsadüf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm