İdman
Türk klubu “Ərəb Messi”nin izinə düşdü
Türkiyə Superliqasının son iki mövsüm çempionu olan “Beşiktaş” Birləşmiş Ərəb Əmirliklərində “Ərəb Messi” ləqəbi ilə tanınan Omar Əbdülrəhmanı transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Güneşin istəyi ilə başlayan 10 nömrəli futbolçu axtarışı sürpriz şəkildə 26 yaşlı Omar ilə nəticələnib.
“Ağ-qaralar” artıq futbolçu ilə danışıqlara başlayıb. İddiaya görə, “Beşiktaş" 28 fevralda müqavilə müddəti bitən Omarla yeni müqavilə imzalayacaq və bu mövsümlük icarəyə verəcək. Daha sonra yeni mövsümdən öz heyətinə qatacaq. Klub bunun üçün futbolçunun hazırkı komandası “Əl-Əin”ə 3 milyon avroluq təklif yollayıb.
Ali səviyyəli texnikası, sürəti və futbol bilgiləri ilə “Mançester Siti”nin də transfer siyahısında olan Omarın “Beşiktaş”a keçid şansı daha çoxdur. Futbolçunun da Türkiyə liqasında çıxış etməyə maraqlı olduğu bildirilib.
Zümrüd
-
Sosial22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...