“Keşlə”nin braziliyalı legioneri azarkeşlərin təhqirlərindən bezib
Bizi izləyin

İdman

“Keşlə”nin braziliyalı legioneri azarkeşlərin təhqirlərindən bezib

“Keşlə”nin braziliyalı legioneri Denis Silva Kruz sosial şəbəkə hesabında azərbaycanlı azarkeşlərdən narazlığını dilə gətirib.

Publika.az xəbər verir ki, Denis Silva azarkeşlərin sosial şəbəkələrdə onun ailəsini təhqir etdiyini bildirib.

“Mən cavabsız mesajlardan yorulmuşam. 10 ildir buradayam və Azərbaycanın çörəyini yeyirəm. Ancaq bəzi şəxslər necə düşünürlər?! Onlar məni təhqir etmək məcburiyyətində deyillər! Həmin şəxslər arvadımla qızımı təhqir etməməlidirlər! Bu müddət ərzində hər kəsə hörmətlə yanaşıram. Mən də ən azı eyni şeyi görmək istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm