"Qarabağ" daha bir tarix yazdı
Bizi izləyin

İdman

"Qarabağ" daha bir tarix yazdı

Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Qəbələ” ilə ev oyunu “Qarabağ” üçün ikiqat yubiley heç-heçəsi ilə əlamətdar olub.

Publika.az xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatları tarixində ümumilikdə 170-ci, öz meydanında 70-ci dəfə bərabərliyə imza atıb.

Tarixinin 736-cı matçında sülhlə kifayətlənən “Qarabağ” ən çox heç-heçə edən komandadır. “Göy-qaralar” keçirdiyi oyunların 19,3 faizində 1 xal əldə edib.

Ağdamlılar öz meydanındakı 363-cü görüşdə 70-ə çatan bərabərlik sayında yalnız “Neftçi”dən geri qalır. Onlar evdəki görüşlərin 23,1 faizində heç-heçə edib.

Qeyd edək ki, mövsümün ikinci yarısının debüt oyunu olan “Qarabağ”-“Qəbələ” matçı 0:0 hesabı ilə başa çatıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm