İdman
Ronaldo Çempionlar Liqasında ilk futbolçudu ki...
"Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Çempionlar Liqasında bir kulubun heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Publika.az xəbər verir ki, onun ən yaxın izləyicisi olan "Barselona"nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.
Çempionlar Liqasının 1/8 finalında "Real" və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldo dubl edib.
Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun lazım gəlib. O, İngiltərənin "Mançester Yunayted" klubundan "Real"a 2009-cu ilin yayında keçib.
Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldu turnir tarixinin ən yaxşı bombardiridir.
Ronaldo həmçinin 7 mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10 dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...