İdman
“Qalatasaray” avrokuboklardan yenə kənarlaşdırılır?
"Qalatasaray" yenidən avrokuboklardan kənarlaşdırıla bilər.
Publika.az APA-ya istinadən xəbər verir ki, buna səbəb klubun külli miqdarda borcunun olmasıdı.
"Sarı-qırmızılılar"a yeni prezident təyin edilən Mustafa Cengiz araşdırma nəticəsində 298 milyon avroluq borcun olduğunu üzə çıxarıb. Bunun 122 milyonu Ünal Aysal, 58 milyonu Duyqun Yarsuvat, 118 milyonu isə Dursun Özbəkin dönəminə təsadüf edir.
Mustafa Cengiz martın 9-da UEFA nümayəndələrinə bununla bağlı hesabat verəcək. Qısa müddətdə borcun azaldılması mümkünsüz göründüyündən, "Qalatasaray"ın növbəti dəfə cəzalandırılması qaçılmazdı. Belə ki, UEFA İstanbul nəhəngini ya avrokuboklardan kənarlaşdıracaq, ya da transfer qadağası tətbiq edəcək. Ən yaxşı ehtimal isə klubun maaşlar üçün ayrılan büdcəsinə limit qoyulması olacaq.
Qeyd edək ki, "Qalatasaray" 2016/2017 mövsümündə maliyyə feyr-pleyini pozduğu üçün avrokuboklardan uzaqlaşdırılmışdı.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ