İdman
"Beşiktaş" həm 2 xal itirdi, həm də 2 əsas oyunçusunu
Futbol üzrə Türkiyə Superliqasının 22-ci turunun ilk oyununda turnir cədvəlinin dördüncü sırasında yer alan son çempion "Beşiktaş" səfərdə autsayder "Konyaspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da çempionluq uğrunda mübarizə aparan "Beşiktaş" vacib iki xal itirib.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda hesabı "Beşiktaş"lı futbolçular açıblar. Görüşün 27-ci dəqiqəsində Atiba Hatçinson fərqlənib – 1:0. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə medan sahibləri Adis Yahoviçin 60 –cı dəqiqədə vurduğu qolla hesabı bərabərləşdiriblər. Komandaların cəhdlərinə baxmayaraq, qarşılaşmanın sonunadək hesab dəyişməyib – 1:1.
Bu oyunda sarı kartla cəzalanan "Beşiktaş"ın futbolçuları Pepe və Taliska növbəti turda "Fənərbaxça" ilə derbi oyununda heyətdə yer almayacaq.
Turun digər oyunlarında çempionluq uğrunda yarışan digər komandalardan "Fənərbaxça" fevralın 17-də öz meydanında "Alanyaspor"la, Türkiyə Superliqasının lideri "Qalatasaray" fevralın 18-də səfərdə "Kasımpaşa" ilə oynayacaq." "Başakşehir" isə həmin gün "Trabzonspor"un qonağı olacaq.
Qeyd edək ki, hazırda hesabında 44 xal olan "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Başakşehir" 43 xalla ikinci yeri tutur. "Beşiktaş" və "Fənərbaxça" 41 xalla üçüncü, dördüncü yerləri bölüşürlər. "Kayserispor" isə 35 xalla beşinci pillədədir.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!