"Keşlə" Gəncədən 3 xalla qayıdır
Bizi izləyin

İdman

"Keşlə" Gəncədən 3 xalla qayıdır

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda “Kəpəz” klubu doğma meydanda “Keşlə”ni qəbul edib.

Publika.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matçda qonaqlar minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu matçın 51-ci dəqiqəsində Fuad Bayramov ev sahiblərinin qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Keşlə” klubu yeddinci pillədədir. “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.

Turun sonuncu oyununda “Səbail” və “Qarabağ” klubları qarşılaşırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm