Çempionlar Liqası: İlk oyunlar bu gün bitir
Bizi izləyin

İdman

Çempionlar Liqası: İlk oyunlar bu gün bitir

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönələcək.

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyükdür. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olacaq.

Mərhələnin digər görüşü Xarkovda baş tutacaq. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olacaq. Qrupda "Napoli"ni geridə qoyan Paulo Fonsekanın yetirmələri növbəti sensasiyaya imza ataraq, İtaliyanın digər təmsilçisini mübarizədən kənarlaşdırmağa çalışacaq. A seriyasında çempionluqdan əli üzülən "canavarlar" isə bunu Çempionlar Liqasında 1/4 finala adlamaqla unutdurmaq niyyətindədi.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

21 fevral

23:45. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

"Ramon Sançes Pisxuan" stadionu, Sevilya

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

"Metallist" stadionu, Xarkov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm