Moldova millisinin baş məşqçisi: "Azərbaycan daha güclüdür"
Bizi izləyin

İdman

Moldova millisinin baş məşqçisi: "Azərbaycan daha güclüdür"

"Əvvəlki iki oyunda yaxşı rəqiblərimiz var idi. Cənubi Koreya və Azərbaycan yığmaları hazırda Moldovadan güclüdürlər. Lakin biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalı, bir çox dəyişikliklər etməliyik. Son iki yoldaşlıq görüşlərində oyunumuzdakı bəzi dəyişiklikləri görə bilərdiniz. Biz bu dəyişikliklərdən razı qaldıq".

Publika.az xəbər verir ki, bu sözləri Moldova milli komandasının baş məşqçisi Aleksandr Spiridon Səudiyyə Ərəbistanı ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis oyundan-oyuna peşəkarlaşmalarından danışıb:

"Azərbaycanla matçla Cənubi Koreya ilə görüşə nəzərən daha yaxşı oynadıq. 3-4 qol imkanımız oldu. Bu gün olsaydı, uşaqlar özlərini psixoloji cəhətdən daha inamlı hiss edərdilər. Ərəblərə qarşı da elə oynamaq istəyirik ki, qarşılaşmadan sonra hər birimiz razılıq ifadə edək və 3 xal üçün əlimizdən gələni etdiyimizi söyləyək".

Spiridon martda yoldaşlıq görüşü keçirməyə rəqib tapacaqları halda, bütün legionerlərə istisnasız olaraq, dəvət göndərəcəklərini də əlavə edib.

Qeyd edək ki, yanvarın 27-də Türkiyənin Antalya bölgəsində keçirilmiş Azərbaycan - Moldova matçı qolsuz yekunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm