“Real” yayda kisənin ağzını açacaq - 300 milyon avro
Bizi izləyin

İdman

“Real” yayda kisənin ağzını açacaq - 300 milyon avro

Mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirməyi qarşısına məqsəd qoymuş “Real” “Tottenhem”in forvardı Harri Keynə göz dikib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “kral klubu”nun ingilis hücumçunun transferi üçün 200 milyon avro ödəməyə hazır olduğu qeyd edilib.

“El Mundo”nun yaydığı məlumata görə, “Real” yay transferləri üçün 300 milyon avro ayıracaq. “Kral klubu”nun prezidenti Florentino Peres bu məbləğin 200 milyon avrosunu Keynin transferi üçün ayırmaq fikrindədi.

Mövsümün sonunda Qaret Beyl və Kərim Benzemanı satmağı planlaşdıran Madrid təmsilçisinin transfer siyahısında Mauro İkardi və Eden Hazard da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm