İdman
"Qəbələ" "Neftçi"yə qarşı
Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, martın 4-də “Qəbələ” “Neftçi”ni qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşma rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 41 dəfə üz-üzə gəlib. Bu matçların 38-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib.
Əvvəlki oyunlarda həm “Qəbələ”, həm də “Neftçi” 15 dəfə qalib gəlib. Digər 11 qarşılaşma sülhlə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir. 53 qol vuran "Qəbələ" 51 top buraxıb.
Baş tutan 41 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçuları Dodo və hazırda çempionatın ən yaxşı bombardiri olan Baqali Dabodur. Onlar paytaxt təmsilçisi ilə görüşlərdə hərəyə 4 qol vurublar. Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan və Ruslan Qurbanov hərəyə 3 dəfə rəqibi məyus edib. Maraqlıdır ki, sonuncu ümumilikdə 5 dəfə bu duellərdə fərqlənib. O, iki dəfə “Neftçi”, üç dəfə “Qəbələ”nin oyunçusu kimi qol sevinci yaşayıb. Daha bir məqamı qeyd edək ki, Stiven Monroz və Baqali Dabo son iki oyunda – cari mövsümün matçlarında meydanı qolsuz tərk etməyib.
Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar hərəyə 15 dəfə Premyer Liqada qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 50, “ağ-qaralar” 48 qol vurub.
“Qəbələ” ev oyunlarında 7 qələbə qazanıb, 8 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Öz meydanında 25 top vuran komanda 26-nı buraxıb.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin