Şəhriyar Məmmədyarovun dünya reytinqindəki YERİ AÇIQLANDI
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarovun dünya reytinqindəki YERİ AÇIQLANDI

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıda ikinci olan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xal itirməsinə baxmayaraq, mövqeyini qoruyub.

Şahmatçımızın aktivində 2775 xal var. O, ilk pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geridədir.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 18-ci (2748 xal), Rauf Məmmədov 39-cu (2709 xal), Arkadi Naydiç 45-ci (2701 xal) pillədə yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm