İstanbul derbisində DAVA-QIRĞIN, 4 qol, 3 qırmızı vərəqə - - VİDEO
Bizi izləyin

İdman

İstanbul derbisində DAVA-QIRĞIN, 4 qol, 3 qırmızı vərəqə - - VİDEO

Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk matçında "Beşiktaş" doğma azarkeşlər önündə "Fənərbağça" ilə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, 3 qırmızı vərəqənin göstərildiyi qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. Alvaro Neqredo qonaqları məyus edib. Meydan sahiblərinin sevinci çox çəkməyib. 17-ci dəqiqədə Roberto Soldado tarazlığı bərpa edib.

"Fənərbağça"nın futbolçusu Alper Potuk 44-cü dəqiqədə rəqibi itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qonaqlar 45-ci dəqiqədə Şənər Özbayraqlının qolu ilə hesabda önə keçib. "Qara Qartal"ın heyətində Rikardo Kuarejma oyuna daxil olduqdan 6 dəqiqə Josef de Souzanı vurub. Qarşılaşmanın baş hakimi Fırat Aydınus portuqaliyalı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. 76-cı dəqiqədə isə Volkan Demirəl qırmızı vərəqə ilə cazalandırılıb. Matçda sonuncu qol isə 82-ci dəqiqədə vurulub. Anderson Taliska komandasını məğlubiyyətdən xilas edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm